Inofem № 30 saşe
Ginekologiya
Açıqlama
İçindəkilər
İstifadə qaydası
Əczaçılar üçün
Mio-inozitol və Fol turşusu insan orqanizmində əmələgələn B qrup vitaminlərinə aid olan təbii maddələrdir.
Mio-inozitol və onun torəmələri orqanizmdə hüceyrədaxili siqnalın ötürülməsi və reseptorların (insulin, katexolamin, Qonadotrop Rilizinq hormonu, lüteinizəedici və follikulstimuləedici hormon, boy faktorları və s.) normal fəaliyyət göstərməsində mühüm rol oynayır. Bundan əlavə, son iki onillikdə həyata keçirilən tədqiqatlar Mio-inozitolun yumurtalıqlarda oositlərin inkişafında əhəmiyyətli rolu olduğunu göstərmişdir.
Mio-inozitol yumurta hüceyrələrdə daha keyfiyyətli və mayalanmaya yararlı oositlərin yetişməsini təmin edir. Mio – inozitolun reproduktiv sistemin funksiyasının normallaşdırılmasında, şəkərin metabolizmində iştirakı onun ginekologiyada istifadəsinin izahını verir.
Fol turşusu, müəyyən doğum qüsurlarının qarşısının alınmasında mühüm rol oynayır. Sağlamlıq üçün faydalıdır və bir çox metabolik proseslərdə iştirak edir. Fol turşu homosisteinin normal metabolizmini təmin edir. O həmçinin hüceyrə bölünməsində (oosit bölgüsü daxil olmaqla) iştirak edir və qan hüceyrələrinin formalaşmasını və inkişafını dəstəkləyir.
Yüzlərlə qadın üzərində aparılmış kliniki tədqiqatlar İNOFEM® – in yağ və şəkər metabolizmasına müsbət təsir göstərdiyini və normal menstruasiya dövrü və ovulyasiyanı dəstəkləmək üçün sadə və təhlükəsiz bir BFMQƏ olduğunu göstərmişdir..
Aşağıdakı hallarda köməkçi vasitə kimi məsəhət görülür:
Polikistozlu Yumurtalıq Sindromu (PYS-PCOS) nun müalicəsi zamanı
Qadınlarda normal mensturasiya dövrü və ovulyasiyanı dəstəkləmək üçün tövsiyyə olunan vasitə.
Məhsulun tərkibindəki hər hansı bir komponentə qarşı həssaslıq. Bu məhsul uşaqlara tövsiyə edilmir.
Diqqət:
Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. BFMQƏ normal qidalanmanı əvəz etmir. Dərman vasitəsi deyildir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Əlavə bir təsir baş verdikdə həkiminizə və ya əczaçıya müraciət edin. İnofem® də qluten və laktoza yoxdur.
Saxlanma şəraiti:
25ºC temperaturdan aşağı quru, kiçik uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Buraxılış forması:
30 saşe, karton qutuda.
İstehsalçı:
ESTABLO PHARMA, St. Wojciechowska 9B/9, Lublin, Poland
Tərkibi |
1 saşedə |
Mio-inozitol (Mio – inositol) |
2000mq |
Fol turşusu (Acidi folici) |
200µq (100%) |
Köməkçi maddələr: təbii limon dadlandırıcı (natural lemon flavoured)
18 yaşdan yuxarı: 1 saşe bir stəkan (200 ml) suda həll edib gündə bir dəfə və ya həkimin göstərişinə əsasən qəbul edilir.
Packing:
- 30 sachets