Duo Stawy Maxi Flex Glukozamina №30

Dayaq hərəkət sistemi

Açıqlama

İçindəkilər

İstifadə qaydası

Əczaçılar üçün

Qlükozamin sulfat – qığırdaq toxumasının regenerasiyasını stimulə edir, sümük və qığırdaqların metabolizmini korrektə edir. Qığırdağın dağılma prosesinin qarşısını alır, qığırdaq toxumasının bərpasını stimulə edir, iltihabəleyhinə və ağrıkəsici təsirə malikdir, sinovial mayenin sintezini normallaşdırır. Oynaqların hərəkətliliyini yaxşılaşdırır və QSİƏP-lərə təlabatı azaldır.

Gicitkan yarpağının ekstraktı – antirevmatik və iltihabəleyhinə təsirə malikdir.

Vitamin C – sümük  və qığırdaqların düzgün işləməsini təmin edən kollagen sintezinə kömək edir.

Xondroitin sulfat – qığırdaq toxumasının təbii komponentidir. Qığırdaq toxumasında fosfor-kalsium mübadiləsini yaxşılaşdırır, qığırdaq toxumasının zədələnməsinə səbəb olan fermentləri ingibə edir, degenerasiya proseslərini tormozlayır, qlukozaminoqlikanların sintezini stimulə edir, oynaqların qığırdaq səthinin bərpasını təmin edir və sürətləndirir, birləşdirici toxumanın kollapsının qarşısını alır. Bu da zədələnmiş oynaqlarda ağrının azlamasına və hərəkətliliyin artmasına səbəb olur.

Manqan - birləşdirici  toxumanın düzgün formalaşmasına komək edir və sümüklərin sağlamlığını dəstəkləyir.

Kollagenqığırdaq, vətər və bağlarda mövcud olan dayaq hətəkət sistemində birləşdirici toxumanın və oynaqların hərəkətliliyində vacib rol oynayan təbii komponentdir. Bunun sayəsində toxumalar elastiki, dözümlü və çevikdir.

Dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ.

Əks göstərişləri:

Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq. 18 yaşa kimi şəxslər. Hamiləlik və laktasiya dövrü.

Diqqət:

Tövsiyə olunan sutkalıq dozanı keçməyin. Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. BFMQƏ normal qidalanmanı əvəz etmir. Dərman vasitəsi deyildir. Xəsətliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Əlavə bir təsir baş verdikdə həkiminizə və ya əczaçıya müraciət edin.

Saxlanma şəraiti:

25ºC – dən aşağı temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Buraxılış forması:

№30 (2 x 15) fışıldayan tablet, plastik flakonda, karton qutu qablaşmada.

Yararlılıq müddəti:

2 il

İstehsalçı:

Avropa birliyi,

Polşa“Polski Lek” S.A., ul. Chopina 10, 34-100 Wadowice

1 Fışıldayan tabletdə:

Qlükozamin sulfat  (Glucosamine sulphate)                  1350 mq

Gicitkan yarpağının ekstraktı

Nettle (Urtica dioica L.) leaf extract                              10 mq

Vitamin C (L-ascobic acid)                                            12 mq

Xondroitin sulfat (Chondroitin sulphate)                       10 mq

Manqan   (manqan qlukonat duzu kimi)                       

Manganase (as Manganase glukonat)                            1 mq

Kollagen (Collagen)                                                       10 mq

Köməkçi maddələr: Sitrat turşusu( Citric acid) natriun karbonat (Sodium carbonates); sorbitol (Sorbitols), dadlandırıcılar (Flavours), polietilen qlikol (Poliethylene glycol), polivinilpirrolidon (Polyvinylpyrrolidone), riboflavin (Riboflavins), asesulfam K (Acesulfame K), saxarinlər (Saccharins), çuğundur tozu (Beetroot powder).

18 yaşdan yuxarı böyüklər 1 tablet gündə 1 dəfə. 200 ml suda həll edilib içilir

Packing:

  • 30 sachets

Əgər məhsullarla bağlı əlavə sualınız varsa bizimlə əlaqə saxlayın: